Anqolada keçirilən Çempionlar Liqası matçı sonrasında ölən və yaralananlar var
18 Sentyabr 2018 11:21 DünyaAnqolanın paytaxtı Luande şəhərində keçirilən Afrika Çempionlar Liqası matçında basabas nəticəsində 5 nəfər ölüb. 7 nəfər xəsarət alıb.
Hadisə şahidləri bildirib ki, sıxlıq çıxışların bağlı olmasından sonra başlayıb. Polis çıxışları açdıqdan sonra azarkeçlər cəld olaraq stadionu tərk ediblər, ancaq bəzi azarkeşlər polisə məxsuslar atlar tərəfindən tapdalanıb.
Ölkənin Gənclər və İdman Nazirliyi olmuş hadisədən heyfsləndiyini bildirib. Gələcəkdə hadisənin araşdırılacağı qeyd edilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31