Kim Çen In Cənubi Koreya prezidentini hava limanında qarşılayıb
18 Sentyabr 2018 11:13 DünyaKXDR lideri Kim Çen In bu il keçiriləcək üçüncü Koreya dövlətlərarası sammitində iştirak etmək üçün Pxenyana gələn Cənubi Koreya prezidenti Mun Çje İni hava limanında şəxsən qarşılayıb.
Trend-in məlumatına görə, iki ölkə lideri birgə təyyarənin pilləkənləri önündə çıxaraq qucaqlaşıblar.
Sammit zamanı Mun Çje İn və Kim Çen In münasibətlərin bundan sonra da yaxşılaşdırılması, yarımadanın nüvəsizləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Bundan əlavə, tərəflər bölgədə hərbi gərginliyin zəiflədilməsi barədə də danışacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31