İranda yol qəzası - 21 ölü, 3 yaralı

İranın İsfahan vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 21 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Qəza ötən gecə 23.15 radələrində baş verib. Tehrandan Kərmana hərəkət edən sərnişin avtobusu, yanacaq daşıyan avtomobil ilə toqquşub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31