Türkiyə hərbçiləri daha 8 PKK-çını məhv etdi - İraqda
18 Sentyabr 2018 11:04 DünyaTürkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında əməliyyatları davam etdirir. Əməliyyat barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib.
Baş Qərargahın yaydığı son məlumata görə, PKK terror təşkilatı ilə mübarizə çərçivəsində İraqın şimalında 8 terrorçu məhv edilib.
Terrorçular Zap rayonunda zərərsizləşdiriliblər. Onların Türkiyə ərazisinə keçməyə cəhd etdiyi bildirilir
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31