Köçəryandan Paşinyana cavab – “Onun səviyyəsinə düşmək istəmirik”
17 Sentyabr 2018 22:02 DünyaErmənistanın sabiq prezidenti Robert Koçaryanın mətbuat katibi Viktor Saqomonyan açıqlama verib.
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rober Köçəryanı "siyasi meyit" adlandırıb.
Viktor Saqomonyan 3 gün keçməsinə baxmayaraq Köçəryandan cavab gəlməməsinin səbəbini açıqlayıb:
"Biz ona qəsdən cavab vermədik. Birincisi, onun səviyyəsinə düşmək istəmirik. Bundan əlavə, hələ ki bir qədər səbirli olmağımız vacibdir. Davidaşenede onun pafoslu çıxışından sonra, Paşinyanın bir çox problemləri olduğunu gördük. Bu problemlər şərh tələb etmir, ciddi narahatlıq yaradır".
Mətbuat katibi "Yerevan.Today" saytında başlanan axtarışlara da münasibət bildirərək, detallar aydınlaşdıqdan sonra bu barədə fikirlərini bildirəcəklərini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31