"Breksit Britaniyaya bəla olacaq" - BVF
17 Sentyabr 2018 17:51 DünyaBritaniya və Avropa Birliyi arasında imzalanacaq Breksit razılaşmasının istənilən variantı Britaniya iqtisadiyyatına mənfi təsir göstərəcək.
Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib. Onun sözlərinə görə, Britaniya üçün ən pis ssenari London-Brüssel arasında razılaşmanın əldə edilməməsidir:
"Razılaşma əldə olunsa, iqtisadiyyat böyük xərclərə məruz qalacaq. Bu xərclər ticarət baryerləri ilə bağlı olacaq. Amma razılaşma necə olur-olsun, o, indikindən pis olacaq".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31