Makron “işsizəm” deyən gənci kamera qarşısında danladı
17 Sentyabr 2018 16:25 DünyaFransa prezidenti Emmanuel Makron iş tapmaqda çətinlik çəkdiyini bildirən gənci kameralar qarşısında danlayıb.
Daha əvvəl də ona "Manu" deyə səslənən gənci danladığı üçün tənqid olunan prezidentin bu reaksiyası da birmənalı qarşılanmayıb.
Makron işsizlikdən gileylənən və bağban olduğunu söyləyən gəncə "Qarşı yola keçsəm sizə iş taparam. Motivasiyanız varsa otellərdə, kafelərdə və inşaatda işçi qəbulu var. Getdiyiniz iki yerin ən az birində əminəm ki işçiyə ehtiyac olur" deyib.
Şikayətçi gənclə eyni problemi yaşayan fransızlar sosial şəbəkə üzərindən etirazlarını ifadə ediblər. Bununla yanaşı, sosial şəbəkələrdə yardım kampaniyaları da başladılıb.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31