Qazaxıstandan ABŞ hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi xəbərinə münasibət
17 Sentyabr 2018 16:09 DünyaQazaxıstan hökuməti ABŞ hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
İnformasiya və kommunikasiya naziri Dauren Abayev bəyan edib ki, Qazaxıstan regionda xarici hərbi bazaların mövcudluğuna yol verməz.
D.Abayev amerikalı hərbçilərin regionda olması ilə bağlı yayılan xəbərləri saxta adlandırıb.
Nazir xatırladıb ki, Aktau Konvensiyası Xəzər dənizində qeyri-Xəzər ölkələrinin silahlı qüvvələrinin mövcudluğunu, həmçinin onların gəmilərinin üzməsini qadağan edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31