Avropa İttifaqının əvəzinə yeni birlik yaradılması təklif olunur
17 Sentyabr 2018 15:56 DünyaFransanın "Milli Birlik" partiyasının lideri Marin Le Pen Avropa İttifaqının "düşüncəsiz miqrasiya siyasəti"nin tükəndiyini bildirib və təklif edib ki, Avropa Millətlər Birliyi təsis olunsun.
Bununla bağlı o, Fransanın şərqindəki Frejyus şəhərində partiya nümayəndələri ilə görüşündə danışıb.
"Avropa İttifaqı Avropa demək deyil. Avropa İttifaqı ideoloji quruluş, institutdur. Hər hansı ənənəyə, kökə və ya tarixə malik olmayan məkan həqiqi gücə, perspektivə malik ola bilməz. Avropa İttifaqı Avropaya çox ciddi zərər verir", - Le Pen deyib.
Le Penin fikrincə, Avropa İttifaqı "xalqları məhv edən, onlara qarşı zorakılıq törədən" quruma çevrilib.
"Avropa İttifaqı Avropanı qadağan etmir, ancaq Avropa ideyasını məhv edir", - siyasətçi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31