Poroşenko Rusiya ilə dostluq barədə sazişi ləğv etdi
17 Sentyabr 2018 15:55 DünyaUkrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq barədə sazişin dayandırılması ilə bağlı sərəncam imzalayıb.
Bununla bağlı Ukrayna prezident administrasiyasının saytında məlumat yerləşdirilib.
Sərəncamla 1997-ci il mayın 31-də imzalanmış Ukrayna və Rusiya arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq haqqında saziş ləğv edilir.
Sentyabrın 30-dək Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı Moskvaya nota təqdim edəcək, prezident isə qanun layihəsini parlamentə göndərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31