Ən çox maddi dəstək Saakaşvilinin adamına verildi
17 Sentyabr 2018 15:35 DünyaGürcüstanda prezident seçkisindən öncə partiyaların və müstəqil namizədlərin təşviqat kampaniya üçün verilən ianələrin miqdarı bəlli olub.
Partiyalar və müstəqil namizədlər təşviqat kampaniyası zamanı ümumilikdə 293,2 min dollar ianə alıblar. Ən çox yardım Vahid Milli Hərəkat Partiyasına edilib. Belə ki, partiyanın namizədinin təşviqat kampaniyasına 131,5 min dollar ianə verilib.
Ondan sonrakı yeri Avropa Gürcüstanı Partiyası (111,6 min dollar) və Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili (41,5 min dollar) tutub.
Digər partiyalar və namizədlər üçün verilən ianələrin miqdarı 10 min dolları keçməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31