Antalyada meşə yanır

Türkiyənin Antalya vilayətində meşə yanğını baş verib.

Yanğının qarşısının alınması üçün yanğınsöndürənlərlə yanaşı vertolyotlar da havaya qaldırılıb.

Yanğının hansı səbədən baş verməsi hələ məlum deyil.

Qeyd edək ki, sonuncu dəfə sentyabrın 13-də Türkiyənin Hatay vilayətində yanğın baş vermişdi.

Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir. Ölkədə 1937-ci ildən bəri 68 mindən çox meşə yanğını qeydə alınıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31