İranın Yunanıstandakı səfirliyinə hücum olub
17 Sentyabr 2018 15:19 DünyaAfina şəhərində kürd etnik qrupuna məxsus "Rouvikonas" anarxist dəstəsinin üzvləri İranın Yunanıstandakı səfirliyinin binasına hücum ediblər.
Sentyabrın 17-də səhər saatlarında 10 anarxist motosikletlə Afina ətrafında yerləşən Psixiko şəhərində səfirliyə boya dolu butulka atıblar.
Onlar hücumdan sonra gizlənib və heç biri tutulmayıb.
Qeyd edək ki, "Rouvikonas" bu kürd etnik qrupunu təmsil edən terrorçu qrupdur. Bir müddət əvvəl Türkiyə şirkətinin Afinadakı ofisinə də hücum etmişdi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31