İran XİN sözçüsü: “Suriya ordusunun İdlibdə keçirəcəyi əməliyyata qatılmayacağıq”

İran Bəşşar Əsədə bağlı Suriya ordusunun İdlib bölgəsindəki hərbi əməliyyatına qatılmayacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi bildirib.

"Suriyanın ərazi bütövlüyü dəstəkləyirik. Bu səbəbdən ölkə ərazisinin terrorçulardan təmizlənməsini istəyirk. Hazırda İdlibdə humanitar məsələlər müzakirə edilir. Bunların uğurla nəticələnməsini görmək istəyirik", - deyə o, vurğulayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31