Paşinyanı biabır edən səs yazısı... - Axtarışlar başladı
17 Sentyabr 2018 12:58 DünyaBu gün səhər saatlarında "Yerevan.Today" saytının redaksiyasında və onun baş redaktorunun evində axtarışlara başlanılıb.
Sayt bir neçə gün öncə Ermənistan hüquq-mühafizə orqanlarının rəhbərləri arasındakı səs yazısının yayılmasında ittiham olunur. Belə ki, sayt həmin səs yazısını digər KİV-lərə rəğmən daha tez yayımlayıb və bu da ölkədə böyük ajiotaja səbəb olub.
Sayt rəhbərliyindən verilən məlumata görə, onların xəbəri hər kəsdən daha tez yayımlaması doğru deyil və saytda xəbərin görünmə vaxtı digər media orqanları ilə eyni zamanda baş verib.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31