Dünya ulduzu indi də Türkiyə vətəndaşı olmaq istəyir

2013-cü ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək qonşu ölkəyə köçən 66 yaşlı fransız aktyor Jerard Depardye indi də Türkiyə vətəndaşı olmaq istəyir.

Aktyor bu barədə hazırda səfərdə olduğu Şimalı Koreyanın paytatı Pyongyangda deyib.
 

Dərgilərdən birinə müsahibə verən Jerard oktyabrda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcəyini bildirib.

Qeyd edək ki, J.Depardyenin Rusiya vətəndaşlığından başqa, Belçika vətəndaşlığı da var. Belə ki, vergilərin yüksəlməsi ilə əlaqədar Depardye Fransa vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul etmişdi.

Lakin bir müddət sonra aktyor Belçikada məskunlaşıb. Onun Rusiyadan köçməsinə səbəb kimi adı çəkilən ölkədə iqtisadi böhrana tab gətirmədiyi və oradakı həyat tərzinə uyğunlaşa bilmədiyi göstərilirdi.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31