ABŞ Suriyada muzdlu komandoslar saxlayır
17 Sentyabr 2018 12:30 DünyaABŞ Suriyada "Castle İnternational" adlı xüsusi təhlükəsizlik xidməti vasitəsilə muzdlu əsgərlərdən istifadə edir.
Bu barədə "Vətən" qəzeti yazıb.
Məlumata görə, eyni zamanda tibbi yardım və təxliyə əməliyyatları da icra edən ağır silahlı komandoslar Suriya və İraqda PKK-YPG sıralarında vuruşurlar. Sosial şəbəkələrdə şirkətin beynəlxalq əməliyyatlarda istifadə etdiyi "Special Projects Group" (Xüsusi layihələr qrupu) adlı ağır silahlı komandosların PKK-nın Suriya qolu sayılan YPG-nin emblemini qoluna taxdıqları fotolar yayılıb.
Qeyd edək ki, ABŞ İraqda da eyni məqsədlə "Blackwater" adlı təhlükəsizlik şirkətindən istifadə edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31