Koreya prezidentləri Pxenyanda görüşəcək

Cənubi və Şimali Koreya liderləri arasında 18-19 sentyabr tarixlərində ikitərəfli görüş keçiriləcək.

Bu barədə Cənubi Koreyanın prezident administrasiyasından informasiya yayılıb.

Məlumata görə, liderlərin görüşündə gündəlikdə dayanan əsas məsələ yarımadanın nüvəsizləşdirilməsi məsələsi olacaq.

"Yaxın vaxtlara qədər denuklearizasiya problemi ABŞ-la Cənubi Koreyanın görüşündə müzakirə olunurdu. Bu dəfə də nüvəsizləşmə məsələsi görüşlərdə açar rol oynayacaq. Belə məsələləri işgüzar səviyyədə müzakirə etmək olmaz".

Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri Pxenyan şəhərində görüşəcəklər.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31