Kuçma: "Tramp Kiyevdən üzr istəməlidir"
17 Sentyabr 2018 12:13 DünyaABŞ Prezidenti Donald Tramp Kiyevdən Budapeşt Memorandumunu imzalayanların onu aldatdığı üçün üzr istəməlidir.
Bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib.
"Ukraynanı aldadıblar, Şimali Koreya isə nüvə silahı olmadan heç nəyə dəyməz. Tramp üzr istəyərək təkcə Kiyev üçün deyil, bütün Avropa və dünya üçün qorxulu olan bu məsələdə Ukraynaya daha fəal şəkildə yardım etməyə hazır olduğunu bildirməlidir", - eks-prezident vurğulayıb.
Qeyd edək ki, Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya liderləri arasında imzalanıb. Bu sənədə əsasən, Ukrayna nüvə silahından imtina edib, əvəzində isə bu dövlətlər Ukraynanın təhlükəsizliyinə təminat veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31