İranı bu ölkə də vurdu: İdxal dayandırıldı
17 Sentyabr 2018 12:07 DünyaƏfqanıstan İrandan 4 növ məhsulun idxalına qadağa qoyub.
Kabilin idxalını qadağan etdiyi məhsullar sırasında neft, sement, polad və keramika yer alıb. Əfqanıstanın belə addım atmasında ABŞ sanksiyaları səbəb olub.
Qeyd edək ki, ABŞ bu ilin avqustundan etibarən İrana qarşı sanksiyalarının ilk hissəsini bərpa edib. Sanksiyaların ikinci hissəsi noyabrda qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31