Paşinyanın KİV-ə hücumu başladı – Səs yazısını yayan...

Ermənistan Xüsusi İstintaq Xidməti və Ermənistan polisinin 6-cı idarəsi "Yerevan.Today" portalında yoxlamalara başlayıb.

Yoxlamalar Xüsusi İstintaq və Milli Təhlükəsizlik xidmətlərinin rəhbərləri arasında aparılan telefon danışığının yayılmasıyla əlaqədar aparılır. Belə ki, məhz bu portal telefon danışığının səs yazısını yayan saytlardan biri olub.

"Sputnik Ermənistan" axtarışların "Yerevan.Today"in direktorunun evində də aparıldığını bildirib.

Qeyd edək ki, "Yerevan.Today" saytı Robert Köçəryana yaxınlığı ilə seçilir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31