Fələstin səfirinin ailəsindən ABŞ-ı tərk etmək xahiş olunub
17 Sentyabr 2018 11:44 DünyaFələstin Qurtuluş Təşkilatı missiyasının rəhbəri Husam Zomlot bildirib ki, ABŞ hökuməti onun ailəsindən ölkəni tərk etməyi xahiş edib.
O, həmçinin özəl və təşkilata məxsus bank hesablarının bağlandığını bildirib.
"Mənim ailəm ötən gün hökumətin ölkəni tərk etmək xahişindən təəccüblənib. Mənim ailəm və övladlarımdan dərhal getməyi istəyiblər. Onlar Rəmallaha yola düşürlər", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31