Əfqanıstanda "Taliban" silahlıları 15 polisi öldürüb
17 Sentyabr 2018 11:38 DünyaƏfqanıstanda radikal "Taliban" hərəkatının silahlıları tərəfindən edilən bir neçə hücum nəticəsində azı 15 polis məmuru öldürülüb.
Hücumlardan biri bu səhər ölkənin şimal-qərbindəki Bəğdis vilayətindəki polis postuna edilib, nəticədə 5 polis öldürülüb. Döyüşlər zamanı bir neçə silahlı məhv edilib.
Daha bir hücum isə dünən gecə Fərah vilayətindəki keçid məntəqəsində edilib. Hücum zamanı 10 polis ölüb, 2-si isə itkin düşüb. "Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31