Gürcüstanın baş naziri işgüzar səfərlə ABŞ-a yollanıb

Gürcüstanın baş naziri Mamuka Baxtadze işgüzar səfərlə ABŞ-a yola düşüb.

M.Baxtadze birinci görüşünü sentyabrın 17-də Vaşinqtonda Ağ Evdə keçəcək. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Gürcüstanın baş nazirini qəbul edəcək.

Qeyd olunur ki, sentyabrın 20-də Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək.

Həmçinin səfər çərçivəsində senatorlarla danışıqlar aparılacaq.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31