Hindistan Rusiyadan 4 freqat almağa hazırlaşır

Hindistan hökuməti Rusiyadan 4 yeni freqat alınması üçün bu ölkə ilə saziş imzalamağı düşünür.Hökumətin bu barədə qərarı Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub və artıq sazişin detalları üzərində iş aparılır.

Freqatların tədarükü ilə bağlı sazişin imzalanması isə oktyabrda Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sammitdə olacaq.

Sazişin ümumi dəyərinin 2,2 milyard dollar təşkil etdiyi bildirilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31