Ərəb koalisiyası Yəməndə radio binasını bombalayıb, ölənlər var
17 Sentyabr 2018 00:29 DünyaSəudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin qərbində yerləşən Hodeyda şəhərində radiostansiya binasına endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həyatını itirib.
Bu barədə yerli "Al-Masira" telekanalı məlumat yayıb.
Bildirilir ki, ölənlərdən üçü mühafizəçi, biri isə radio əməkdaşıdır. Məlumata görə, koalisiya təyyarələri bina ətrafında keşik çəkərək "təcili yardım" həkimlərinin binaya yaxınlaşmasına imkan verməyiblər.
Ərəb koalisiyası Yəmən tərəfinin yaydığı məlumata hələ ki, münasibət bildirməyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31