İranlı hakerlər Britaniya ali məktəblərindən milyonlarla sənədi oğurlayıblar

İranlı hakerlər Britaniya ali məktəblərindən milyonlarla sənədi oğurlayıblar.

Məlumata görə, sənədləri oğurlanan ali məktəblər Oksford, Kembric, Edinburq universitetləridir. Nəşr xəbər verib ki, oğurlanan sənədlər internetdə satışa çıxarılıb.

Oğurlanmış fayllar atom enerjisi və kibertəhlükəsizlik sahələri üzrə məxfi araşdırmalardır. Qəzet iddia edir ki, sənədlər İran saytlarında cəmi 2 riala satılır.

Onları almaq üçün "Whatsapp" və "Telegram" messenceri vasitəsilə sorğu göndərmək lazımdır. Ödəniş bank köçürməsi vasitəsilə həyata keçirilir, bundan sonra hakerlər elektron poçtla alıcılara lazım olan sənədin surətini göndərir.

Haker hücumu barədə məlumatı Edinburq universitetinin nümayəndəsi təsdiqləyib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31