Ronald Reyqanın evi bu qiymətə satıldı

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın yaşadığı ev 6,45 milyon dollara satılıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Los Angeles Times" nəşri yazıb. Reyqan bu evdə arvadı - aktrisa Ceyn Uayman ilə yaşayıb. Ondan sonra isə Uayman orada dördüncü əri dirijor Fred Karcerlə birgə yaşayıb. 

Binanın layihəsi məşhur amerikalı memar Pul Uilyamsa tərəfindən hazırlanıb. O, Frenk Sinatra daxil bir çox amerikalı məşhur üçün ev layihəsi hazırlayıb. 80 il yaşı olan bina 2018-ci ilin iyununda satışa çıxarılıb. İlkin qiymətdə ev üçün 7 milyon dollar istəyirdilər. 1938-ci ildə onun tikintisi üçün 12800 dollar xərclənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31