"Avropa İttifaqının cəza tədbirləri bizim üçün heç bir təhlükə daşımır" - Macarıstanın baş naziri
14 Sentyabr 2018 18:54 DünyaAvropa İttifaqının (Aİ) Macarıstana qarşı tətbiq edə biləcəyi intizam tənbehi tədbirləri ölkə üçün heç bir təhlükə daşımır.
Bu barədə ölkənin baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin Macarıstana qarşı iradları ölkənin miqrasiya siyasəti ilə bağlıdır.
"Onların planı Macarıstanı miqrantları qəbul etməyə məcbur edə bilməyəcəkləri halda, ölkəni öz sərhədlərinə nəzarət etmək hüququndan məhrum etməkdən ibarətdir", - V.Orban deyib.
O həmçinin Aİ ölkələrinin Macarıstanın müqavimətini qırmaq istədiklərini bildirib.
V.Orban qeyd edib ki, Macarıstana qarşı intizam tənbehi tədbirləri heç bir sanksiya nəzərdə tutmur.
Xatırladaq ki, daha əvvəl Aİ bu ölkəyə qarşı cəza tədbirləri tətbiq edilməsinə dair qərar qəbul edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31