Qırğızıstan Qazaxıstana nota verdi
14 Sentyabr 2018 16:49 DünyaQırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstan tərəfinə Almatı aeroportunda Qırğızıstan vətəndaşlarının "alçaldıcı şəkildə yoxlanılması" ilə əlaqədar nota verib.
Bununla bağlı Qırğızıstanın xarici siyasət idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qırğızıstan vətəndaşlarının şikayətləri və baş verən hadisələrlə əlaqədar əldə olunan faktlar əsasında Qazaxıstanın Bişkekdəki səfiri Kərim Kokrekbayev Qırğızıstan XİN-ə çağırılıb.
Qazaxıstan səlahiyyətli orqanlarının hərəkətləri ilə əlaqədar səfirə etiraz notası təqdim olunub.
XİN-dən bildirilib ki, nazirlik vəziyyəti nəzarətdə saxlayır və bu məsələ ilə bağlı Qazaxıstan tərəfi ilə işini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31