Türkiyə Hərbi Hava Qüvvələri ölkənin Tunceli əyalətində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı PKK mövqelərinə zərbələr endirilib.
Qeyd olunur ki, PKK-ya məxsus iki silah anbarı məhv edilib.
Hazırda təyyarələr terrorçuların zərərsizləşdirilməsi üçün Tuncelidə xüsusi əməliyyatları davam etdirir.
Trend