“Amazon”un sahibi Trampı tənqid etdi
14 Sentyabr 2018 15:11 DünyaAmazon.com internet-şirkətinin qurucusu və "Vaşinqton Post" qəzetinin sahibi Ceff Bezos ABŞ prezidenti Donald Trampı və administrasiyasını mətbuata hücumlara görə tənqid edib.
O, Trampın mediaya müdaxiləsini qəbuledilməz adlandırıb:
"Demokratik yollarla seçilmiş heç bir məmur, istər prezident, istərsə də qubernator olsun, gözləməməlidir ki, media onun dediyini edəcək və qəzetlərdə onun xoşuna gələn başlıqlar gedəcək. Mən əməkdaşlarıma hər zaman deyirəm: əgər sizinlə müharibə aparırlarsa, siz də onlarla düşmənçilik etməyin, obyektivliyinizi gözləyin".
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31