Muradın evlilik təklifini qəbul etmədi

Türkiyənin tanınmış aktrisası Hande Erçel müğənni sevgilisi Murad Dalkılıçın evlilik təklifini qəbul etməyib. Bu barədə TV 8-də yayımlanan "Gel konuşalım" proqramında məlumat verilib. 

İddia olunur ki,  Hande karyerasını daha da inkişaf etdirmək üçün təklifə "yox" cavabını verib. 

Xatırladaq ki, M. Dalkılıç iki il evli qaldığı aktrisa Merve Boluğurdan bir il əvvəl boşanıb.  O, bir neçə ay sonra Hande Erçellə sevgili olmağa başlayıb. 

 "Qafqazinfo"


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31