İran hərbi qüvvələri Urmiyada təlim keçirir
14 Sentyabr 2018 14:45 Dünyaİran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qərbi Azərbaycan əyalətinin Urmiya bölgəsndə hərbi təlim keçirməyə başlayıb.
Bunu qvardiyanın Qərbi Azərbaycan üzrə komandanı, general Həbib Şehsevari bildirib.
Onun sözlərinə görə, manevr "Aşuraçılar hakimiyyəti" adı altında keçirilir: "Təlimə 40 min könüllü səfərbər edilib. Məqsəd könüllülərin siyasi və ideoloji təlimi ilə yanaşı, bəzi döyüş taktikalarını öyrənmələri və praktik şəkildə onları inkişaf etdirməkdir".
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31