Kliçko prezident seçkilərində iştirak edəcəkmi?
14 Sentyabr 2018 13:50 DünyaNövbəti il baş tutacaq prezident seçkilərində namizədliyimi irəli sürməyi düşünmürəm.
Kiyev şəhərinin meri Vitali Kliçko deyib.
"Mən öhdəlik götürmüşəm və bir öhdəlik zamanı digərini söyləmək doğru olmaz. Biz Kiyevi fəxr ediləcək səviyyəyə gətirməliyik. Bundan sonra mən hər şeyi analiz edə bilərəm və istisna etmirəm ki, çıxıb bir gün "Kiyev kimi bütün şəhərləri gözəl edəcəyəm" deyəcəyəm. Mən bütün şəhər və kəndlərdlə standart həyat şərtlərini yaratmaq istəyirəm", - deyə mer bildirib.
Qeyd edək ki, 2019-cu ilin yazında Ukraynada prezident seçkilərinin keçirilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31