ABŞ Fələstinə 5 milyard təklif edib?
14 Sentyabr 2018 13:49 DünyaPrezident Donald Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt ABŞ-ın müzakirələr qarşılığında Fələstinə 5 milyard dollarlıq yardım təklif etdiyi barədə yayılan iddialara münasibət bildirib.
Qrinblatt Tvitter hesabında yayılan məlumatın yalan olduğunu bildirib.
"Bu iddia yalandır. Əgər Fələstin rəhbərliyi bu məsələdə ciddidirsə və fələstinlilərin həyatını yaxşılaşdırmaq istəyirsə, əvvəlcə sülh planını qiymətləndirməlidir. Bir tərəfin danışıqlar masasına qayıtması üçün 5 milyard dollar ödəmək barədə təklif irəli sürməsi cəfəngdir. Bu şəkildə necə sülh ola bilər?" - Qrinblatt söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31