AB-nin avro ilə bağlı əsas planı budur - Nazir

Avropa Birliyi avronun dünyada rolunu gücləndirmək istəyir.

Bunu jurnalistlərə açıqlamasında İspaniya Xarici İşlər naziri Jozep Borrel deyib. Onun sözlərinə görə, AB bununla ABŞ Prezidenti Donald Trampın təzyiqlərindən qaçmağa çalışır.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa Birliyinin xarici ticarət hesablaşmalarında avronun həcminin artırılması gərəkdiyini bildirmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31