Fələstin prezidenti Trampla görüş üçün 3 şərt irəli sürüb
14 Sentyabr 2018 12:31 DünyaFələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasında ABŞ dövlət başçısı Donald Trampla görüşü üçün 3 şərt irəli sürüb.
Fələstin Milli Şurasının üzvü Valid Avad bildirib ki, ABŞ Fələstindən BMT-də Abbasla Trampın görüşünün keçirilməsini xahiş edib.
O, bildirib ki, Fələstin lideri öz növbəsində bir neçə şərt irəli sürüb. M.Abbas ABŞ-dan Qüdsdəki səfirliyini bağlamağı, "əsrin razılaşması" mövzusunu qapatmağı və fələstinlilərlə israillilər arasında danışıqlara məsul olan nümayəndəni dəyişdirməyi tələb edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31