"SpaceX" dünyada ilk dəfə Ayın ətrafına sərnişin reysi təşkil edəcək
14 Sentyabr 2018 11:36 DünyaAmerikanın "SpaceX" şirkəti dünyada ilk dəfə Ayın ətrafına xüsusi sərnişin reysi təşkil etdiyini bildirib.
Bu barədə şirkət "Twitter" səhifəsində bildirib.
Şirkətin yaydığı məlumata görə, xüsusi sərnişin reysi "BFR" raket daşıyıcılarının köməyi ilə təşkil olunacaq. "SpaceX" bildirib ki, bu, kosmosun adi insanlara əlçatan olması üçün vacib addımdır.
Şirkət sentyabrın 17-də sərnişinlərə uçuşun məqsədini təqdim etmək niyyətindədir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31