XƏBƏRDARLIQ! "Sıçovul qızdırması" yenidən yayıldı

Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb.Bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

Qeyd edək ki, Hindistanda "sıçovul qızdırması" adlandırılan bu xəstəlik ölkənin cənub-qərbindəki Kerala ştatında insanların su ilə yoluxması səbəbindən yayılıb. Bu bölgədə musson yağışlarının yaratdığı daşqınlar xəstəliyin su yolu ilə yayılması hallarını daha da artırıb.

Məlumata görə, 1 avqust-3 sentyabr tarixləri arasında leptospirozdan təxminən 40 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31