Film izləməyə gedənlər atəşə tutuldu - 11 ölü, 20 yaralı
14 Sentyabr 2018 01:03 DünyaNigeriyanın Zamfara əyalətində açıq havada film təqdimatına getmək üçün toplaşan insanlar atəşə tutulublar.
Hücum nəticəsində 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Hücumun kimlər tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Qeyd edək ki, bu il Zamfara vilayətində 400-ə yaxın insan silahlı hücumlarda ölüb. Minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıblar.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31