ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Şimali Koreya ilə əlaqələrinə görə, Rusiyanın "Volasys Silver Star" və Çinin "Yanbiyan Silver Star Network Technology" şirkətləri "qara siyahı"ya salınıb.

Adıçəkilən şirkətlərin ABŞ ərazisində ola biləcək hər cür əmlakına həbs qoyulub, onlar maliyyə əməliyyatlarında iştirak edə bilməzlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31