Belçikada limanda partlayış - Ölən və yaralananlar var

Belçikanın Antverpen şəhərində liman zonasında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

Qeyd olunur ki, partlayış liman zonasında yerləşən tullantıların təkrar emalı müəssisəsində baş verib.

Partlayışdan sonra yanğının başladığı deyilir. Hadisənin baş vermə səbəbləri məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31