Almaniyada terror hücumu hazırlayan yeniyetmə saxlanılıb

Almaniyanın Cinayət Polisi İdarəsinin xüsusi bölməsi Reyn-Mayn regionunda terror aktı törətməyi planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb.

Polisin sentyabrın 1-də Florştadt şəhərində saxladığı yeniyetmə terror aktını partlayıcı maddədən istifadə etməklə törətməyi planlaşdırırmış.

Prokurorluğun məlumatında saxlanılan şəxsin Almaniya vətəndaşı olduğu qeyd edilib. O, sentyabrın 2-də Fridberqdə məhkəmə qarşısına çıxıb. Hakim onun həbsinə dair hökm çıxarıb. Buna şübhəlinin sorğuda terror aktı hazırladığını etiraf etməsi səbəb olub. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31