İsrail Dəmir Qübbəni satmaqdan imtina etdi

İsrail Dəmir Qübbə hava hücumundan müdafiə sistemilərini Səudiyyə Ərəbistanına satmaqdan imtina edib.

İsrailin "Harts" qəzeti Səudiyyə Ərəbistanının "Əl-Xəlic onlayn" qəzetinin Rəsmi Riyadla Təl-Əviv arasında Dəmir Qübbə hava hücumundan müdafiə sistemilərini satılmasında razılıq əldə olunması ilə bağlı yaydığı məlumatı təkzib edib.

"Əl-Xəlic onlayn"ın yazdığına görə, Dəmir Qübbə sistemi yaxın iki ayda Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd bölgələrində yerləşdiriləcək.

Qeyd edək ki, bundan qabaq İsrailin Müdaifə Naziri Aviqdor Liberman Yəməndə baş verən müharibənin Bab əl-Məndab boğazına və Qırmızı dənizə təhlükə yaradacağı təqdirdə Yəmən inqilabçılarına qarşı birbaşa hərəkət edəcəklərini bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31