Çağla Şıkel 8 ilini həbsdə keçirə bilər
13 Sentyabr 2018 17:49 DünyaMəşhur model Çağla Şıkel məhkəməyə verilib.
Modelin vergilərini ödəyəndə saxta sənədlərdən istifadə etdiyi iddia edilir.
İddianaməni İstanbul prokurorluğu hazırlayıb. Məlum olub ki, həqiqi alqı-satqıya uyğun olmayan saxta sənədlərdən istifadə edilib. Bununla da model vergidən yayınıb.
İddiaya əsasən, Çağla bu cinayətləri dalbadal edilib və prokuror onun 8 ildən 9 ilə qədər həbs cəzasını tələb edib.
Çağla isə mühasibinin onu aldatdığını iddia edərək şikayət edib. Qeyd edək ki, sözügedən mühasib Kıvanç Tatlıtuğu da aldatmışdı.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31