Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya yeni səfir təyin edib.

Bununla bağlı "Anadolu" agentliyi diplomatik mənbəyə istinadla məlumat yayıb.

2016-cı ildə Türkiyənin Rusiyadakı səfiri olan Hüseyn Diriözü Türkiyə XİN-in konsulluq xidmətinin rəhbəri Mehmet Samsar əvəz edib. "Hurriyet" qəzetinin məlumatına görə, Samsar bundan öncə Türkiyənin Ukraynadakı səfiri vəzifəsində çalışıb. 

Bundan başqa, Türkiyə XİN İspaniya, Braziliya, Avstriyaya səfirlər, eləcə də, Avropa Şurası və Avropa Birliyinə yeni daimi nümayəndələr təyin edib. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31