Sərkisyanın partiyasından Paşinyana “sürpriz”
13 Sentyabr 2018 17:02 DünyaErmənistanda 23 sentyabrda keçiriləcək Şəhər Şurasına seçkilərdə Respublikaçılar Partiyası Paşinyan hökumətinə xoşagəlməz sürpriz hazırlayır.
"Joxovurd" saytı dairə seçki komissiyalarının Respublikaçılar Partiyasından olan sədr və katiblərinin seçkiləri boykot edəcəyini və 23 sentyabrda seçki məntəqələrinə seçki prosesini, müəyyən bir müddət üçün olsa belə, gəlməyəcəklərini yazıb. Belə olan halda isə Mərkəzi Seçki Komissiyası mümkün qarışıqlığın qarşısını ala bilməyəcək.
Qeyd edək ki, dairə seçki komissiyalarının 262-nin sədri Respublikaçılar Partiyasındandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31