İŞİD-in fəal üzvlərindən biri Kiyevdə saxlanılıb
13 Sentyabr 2018 16:29 DünyaUkraynanın "Borispol" aeroportunda sərhədçilər İŞİD terror təşkilatının əməliyyatlarında iştirak edən Tacikistan vətəndaşını saxlayıblar.
29 yaşlı Tacikistan vətəndaşı ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən İnterpol vasitəsilə axtarışa verilib.
Məlum olub ki, saxlanılan Tacikistan vətəndaşı 2016-cı ildə Suriyaya gedib və İŞİD terror təşkilatının ən fəal üzvlərindən biri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31