İsrail "Eurovision-2019" müsabiqəsinin keçiriləcəyi şəhərlə bağlı qərarını verib
13 Sentyabr 2018 16:09 Dünya"Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçıları yarışmanın gələn il İsrailin Təl-Əviv şəhərində keçiriləcəyini təsdiqləyiblər.
Bu barədə müsabiqənin Mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, müsabiqənin ilk yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də baş tutacaq.
Xatırladaq ki, bu il keçirilən müsabiqəni "Toy" (Oyuncaq) mahnısını ifa edən İsrail müğənnisi Netta Barzilai qazanıb. Bundan sonra İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision-2019"un Qüdsdə keçiriləcəyinə dair vəd vermişdi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31